Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-06-2024 , 23:57

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Vergi xidmətinin rəhbəri: “Bələdiyyə tərəfindən atılan hər bir addım vətəndaşı bələdiyyədən narazı salmamalıdır

“Şüvəlan bələdiyyəsinin vergi xidmətinin əsas vəzifəsi bu gün borclu vətəndaşlarla görüşlər keçirərək gündəlik olaraq maarifləndirmə işini aparmaqdan ibarətdir. Bələdiyyə tərəfindən atılan hər bir addım vətəndaşı bələdiyyədən narazı salmamalıdır”- bu fikirləri adıçəkilən bələdiyyənin vergi xidmətinin rəhbəri Rizvan Rəhimov bildirib.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin, baş mühasibi Gülər Məmmədovanın, bələdiyyənin hüquşünası Rəqsanə Əliyevanın və bələdiyyə qulluqçusu Günay Əliyevanın iştirakıyla keçirilən görüşdə bələdiyyənin borclu vətəndaşlarla görülən işlər müzakirə edilib.

Bələdiyyənin təcrübəli  hüquqşünası Rəqsanə Əliyeva cari ildə bələdiyyənin bu istiqamətdə gördüyü işlərə toxunaraq, üstünlüyü maarifləndirməyə verildiyini qeyd edib. Hüquqşünas xanımın sözlərinə görə, bələdiyyə sədri Telman Süleymanovun bu istiqamətdə biz bələdiyyə qulluqçularından əsas tələbi vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaq olmalıdır. Tərtib edilən edilən aktların icra şöbəsinə təqdim edilməsi hər zaman mümkündür.

Rəqsanə Əliyeva bildirib ki, bələdiyyə seçicilərinə qarşı əsasən humanist addım atmağa çalışır. Borclu vətəndaşlarla bağlı tərtib edilən aktların icra şöbəsinə təqdim edilməsi bələdiyyənin atacağı ən son addımdır.    

Görüşdə o da bildirilib ki, Şüvəlan Bələdiyyəsinin büdcə gəlirləri 2019-cu illə müqayisədə 2.4 dəfə artıb. Belə ki, 47.507 manata qarşı 2023-cü ildə 114.488 manat maliyyə vəsaiti əldə edilib. Bu artıma cari ildə də nail olunacaq.

Vergi xidmətinin rəhbəri Rizvan Rəhimov görüşdə  yenilənmiş  BAMS proqramının  bələdiyyənin büdcə gəlirlərinin formalaşmasında əhəmiyyətli rol oynadığını da qeyd etməyi unutmayıb.

Görüşdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İcitmai birliyinin sədri Vüqar Tofiqli bələdiyyələrin iyirmi beş illik fəaliyyətiylə bağlı QHT-nin həyata keçirdiyi layihə ətrafında öz fikir və mülahizələrini görüş iştirakçılar ilə bölüşüb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər